Xəbər lenti

“Son illər Rusiyada terror təhlükəsinin kökündən azaldılmasına nail olunub”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin təhlükəsizlik xidməti orqanlarında çalışanların peşə bayramı münasibətilə videomüraciət formatında təbrikində deyib.

Putin ötən ilin 11 ayı ərzində 61 terror cinayətinin, o cümlədən 32 terror aktının qarşısı alındığını söyləyib: “Son 11 il ərzində 200-dən çox terror aktının qarşısı alınıb və bu müddət ərzində terror cinayətlərinin sayı dəfələrlə azalıb".

Rusiya Prezidenti bildirib ki, beynəlxalq terror qruplaşmalarının hücrələrini məhv edərək, bu sahədə səmərəli fəaliyyəti davam etdirmək lazımdır: “Ağır beynəlxalq vəziyyət, müasir çağırışların və risklərin xarakteri və miqyası xüsusi xidmət orqanlarının işinə artan tələblər qoyur. Son illərdə bu çətin, son dərəcə vacib sahədə mühüm uğurlar və ümumilikdə müsbət dinamika var”.



Ana səhifəyə qayıt        Baxış: 2 948          Tarix: 20-12-2021, 18:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma