Xəbər lenti

“Türkiyə və Kipr türkləri Şərqi Aralıq dənizi məsələsində ədalətli bölgü, haqlı payını istəyir”.

APA-nın yerli bürosu xəbərinə görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu estoniyalı həmkarı ilə görüşdən sonra birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Türkiyənin haqlarını yoxa sayan ölkələr bu məsələdə Türkiyəyə qarşı fərqli addımlar atmağa çalışdılar: “Biz dəfələrlə demişdik ki, Şərqi Aralıq dənizindən Avropaya qaz nəqli Türkiyənin iştirakı olmadan iqtisadi baxımdan real bir layihə deyil. Amma onlar bunu artıq layihənin iqtisadi tərəfini tam incələdikdən, real rəqəmləri gördükdən sonra anladılar və Amerika tərəfi bu barədə öz fikrini bildirdi. Bundan dərs çıxarmaq lazımdır. Enerji qaynaqlarının Avropaya nəqlinin Türkiyədən keçməsi ən əlverişli seçimdir’.

M. Çavuşoğlu yunan Kiprinin FETÖ də olmaqla bir sıra terror təşkilatlarının üzvlərinə yardımını da şərh edib: ‘Terror təşkilatları üçün ofis açmaq, onlara dəstək vermək odla oynamaqdır. Əgər onların bəsləyib, dəstək verdikləri terrorçular tərəfindən Kipr türklərinə qarşı hər hansı hücum olarsa, bunun əvəzini çox ağır şəkildə ödəyəcəklər’.



Ana səhifəyə qayıt        Baxış: 3 051          Tarix: 20-01-2022, 17:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma