Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:17
Dünən, 16:49
Dünən, 15:30
Dünən, 14:18
Dünən, 13:53
Dünən, 11:19
Dünən, 10:14
Dünən, 09:24
28-11-2024, 22:53
28-11-2024, 21:42
28-11-2024, 20:38
28-11-2024, 18:24
28-11-2024, 17:12
28-11-2024, 16:24
28-11-2024, 16:00
Rusiyanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Anatoli Antonov Vaşinqtonunun antirus ritorikasını məsuliyyətsiz və riskli adlandırıb.
Ovqat.com-un məlumatına görə, Anatoli Antonov bildirib ki, ABŞ-da anti-Rusiya ritorikası absurd həddinə çatıb və Vaşinqtonda eşidilən şüarlar beynəlxalq təhlükəsizlik üçün son dərəcə riskli vəziyyət yaradır.
Diplomat buna misal olaraq senator Rik Skottun Amerika qoşunlarının Ukraynaya daxil olmasına icazə verən bəyanatlarını göstərib. Hansı ki, senator bu ehtimalla bağlı suala verdiyi cavabında ABŞ-ın “bütün variantlara açıq” olmasının vacibliyini bildirmişdi.
Antonov fikrincə, senator Skott bu sözlərlə “əsas nüvə güclərini birbaşa qarşıdurmaya çağırır”. O qeyd edib ki, Rusiyanın xüsusi əməliyyatına silahlı müdaxilə cəhdi “görünməmiş nəticələrə” gətirib çıxara bilər.
"ABŞ-da anti-Rusiya ritorikası absurd həddinə çatıb. Hiss olunur ki, yerli siyasətçilər öz bəyanatlarını tam dərk etmirlər. Vaşinqtonda eşidilən şüarlar getdikcə daha məsuliyyətsiz, təxribat xarakterli, ən əsası isə həddini aşmış xarakter alır və beynəlxalq təhlükəsizlik üçün risklidir”, diplomat jurnalistlərə açıqlamasında bildirib.
Diplomat həmçinin vurğulayıb ki, o, “strateji sabitliyin möhkəmləndirilməsi yollarını müzakirə etmək» üçün istənilən amerikalı siyasətçi, o cümlədən Konqresin yuxarı və aşağı palatalarının üzvləri ilə görüşməyə hazırdır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar