Xəbər lenti

"Türkiyə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemindən imtina etməyəcək".

APA-nın yerli bürosunun xəbərinə görə, bu bürədə Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.

O qeyd edib ki, bu məsələ Türkiyə tərəfi üçün müzakirə mövzusu deyil:

“Bu məsələ əvvəllər də müzakirə olunub və indi biz Rusiya Federasiyası ilə əməkdaşlığı davam etdiririk. Türkiyə öz siyasətini və tutacağı yolu özü müəyyən edə bilər”.

"Dəmir “mövqeyimiz Ukrayna ilə Rusiya arasında sülhün bərpa olunmasıdır. Qan tökülməsinin dayandırılması üçün hər şeyi edirik" deyə o əlavə edib.



Ana səhifəyə qayıt        Baxış: 3 234          Tarix: 23-03-2022, 17:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma