Xəbər lenti

"Biz (Ukraynada -red.) tezliklə atəşkəsin əldə olunmasını istəyirik. Biz bunu tələb edirik, bunun üçün çalışırıq".

Qaynarinfo xəbər verir ki, bunu Türkiyə Müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, Türkiyə siyasətinin prinsipi bütün ölkələrin sərhədlərinə, hüquqlarına hörmətlə yanaşmaqdır:

"Bu mənada, Türkiyə Cümhuriyyəti Dövləti olaraq prezidentimiz bunu dəfələrlə dilə gətirib. Biz Ukraynanın sərhədlərinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət edirik. Bundan əlavə, 2014-cü ildən bu yana prezidentimiz Ukraynanın Rusiya tərəfindən ədalətsiz ilhaqını tanımadığımızı dəfələrlə dilə gətirib”.



Ana səhifəyə qayıt        Baxış: 3 229          Tarix: 27-03-2022, 21:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma