Xəbər lenti

 
 
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçelet Rusiyanın Ukraynaya təcavüzünün insan haqları böhranı ilə yanaşı, ölkəni humanitar böhrana da sürüklədiyini vurğulayıb. 
 
Ovqat.com-un məlumatına görə, M. Baçelet Rusiya Federasiyasını faktiki olaraq minlərlə günahsız insanın həyatına son qoymaqda günahlandırıb.
 
"Rusiyanın Ukraynaya hücumu zamanı son səkkiz həftə ərzində beynəlxalq hüquq nəinki diqqətdən kənarda qalıb, əksinə, tapdalanıb" – Baçelet belə deyib.
 
O, əlavə edib ki, Rusiya Federasiyası ayrıseçkilik etmədən yaşayış məntəqələrini atəşə tutub və bombalayıb, dinc əhali ölüb, xəstəxanalar, məktəblər və digər mülki infrastruktur dağıdılıb. Ali komissarın fikrincə, Rusiyanın bu hərəkətləri yalnız hərbi cinayətlər kimi təsnif edilə bilər.
 
“Aprelin 8-də Rusiyanın kasetli silahlarla Kramatorsk dəmiryol vağzalını vurması, 60 dinc sakinin ölümü və 111 nəfərin yaralanması kimi hadisələr hərbçi-mülki şəxs ayırd etmədən insanlara hücumun simvoludur”, – deyə Baçelet bildirib.


Ana səhifəyə qayıt        Baxış: 4 099          Tarix: 23-04-2022, 13:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma