Xəbər lenti
Bu gün, 16:49
Bu gün, 15:30
Bu gün, 14:18
Bu gün, 13:53
Bu gün, 11:19
Bu gün, 10:14
Bu gün, 09:24
Dünən, 17:12
Dünən, 16:00
Dünən, 14:26
Dünən, 11:22
Dünən, 11:00
“Əgər Ukrayna Avropa İttifaqına üzv namizəd statusu almasa, bu, yalnız bir həqiqətə işarə edəcək - Avropa Kiyevi aldatmağa çalışır”.
Ovqat.com-un məlumatına görə, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bu barədə “The Financial Times”a açıqlamasında bildirib.
O, Kiyevin belə bir qərara dözməyəcəyini vurğulayıb.
Kuleba Fransa prezidenti Emmanuel Makronun Ukraynanın Avropa Birliyinə qəbul prosesinin onilliklər çəkə biləcəyi ilə bağlı bəyanatına da münasibət bildirərkən deyib ki, Ukrayna bu ilin iyununda Aİ-yə üzv namizəd statusunu almalıdır və bu ona başqa məsələləri də həll etməyə imkan verəcək.
“Üç ay əvvəl ölkəmizin Aİ-yə üzvlük perspektivi belə yox idi. Amma indi onlar bunun nə qədər vaxt aparacağını müzakirə edirlər”, - deyə Ukrayna Xarici İşlər naziri fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski bir müddət əvvəl bildirmişdi ki, Avropa İttifaqı rəsmi Kiyevə namizəd statusu almaq üçün tələb olunan sorğunun ikinci hissəsini göndərib. Avropa Komissiyasının sədri Ursula fon der Leyen də bu faktı təsdiqləyərək bildirmişdi ki, Aİ iyunda Kiyevin statusu ilə bağlı qərar qəbul edəcək.
Bəs elədirsə, Ukrayna Xarici İşlər naziri Dmitri Kulebanı bu üsyankar çıxışa vadar edən nədir?
Ovqat.com-un məlumatına görə, Ukraynanın baş diplomatını hövsələdən çıxaran Fransa prezidenti Emmanuel Makronun Avropa Parlamenti Baş Assambleyasının dünənki sessiyasında çıxışı olub.
Makron çıxışında guya ağıllı təklif irəli sürərək Ukrayna və Böyük Britaniyanın da daxil olduğu bəzi ölkələrin qoşulacağı “siyasi ittifaq” təklif edib. Fransız prezidentin fikrincə, “Avropanın əsas dəyərlərini” müdafiə etmək üçün mütləq Aİ-yə üzv olmağa ehtiyac yoxdur. Bu ölkələr yeni yaradılacağı ön görülən xəyalı “Avropa siyasi ittifaqı”na qoşulsalar bəs edər. Dolayısıyla Makron Ukraynanın Aİ-dən kənarda qalmasını məsləhət görüb.
Makron öz fikirlərini bu arqumentlə əsaslandırmağa çalışıb ki, Ukrayna hətta Aİ üzvlüyünə namizədliyi qəbul olunsa belə, onun tam üzvlüyü bir neçə il, hətta on illərlə çəkə bilər. Namizəd ölkələrin daha tez üzv ola bilməsi üçün mövcud sərt kriteriyaların aradan qaldırılması isə mümkün deyil. Makron üzvlükdən çıxanlara və ya Böyük Britaniya kimi yeni üzv olmaq istəyənlərə üstüörtülü çağırışlar edərək deyib: “Bu ölkələr üçün Aİ ilə paralel olaraq yeni bir siyasi quruluş yaradıla biləcər.
Makronun fikrincə, onun təklif etdiyi “Avropa siyasi ittifaqı” siyasət, təhlükəsizlik, enerji, nəqliyyat, infrastruktur sərmayəsi və ya insanların hərəkəti kimi sahələrdə Qərbin əsas dəyərlərinə riayət edən bütün demokratik Avropa dövlətləri üçün açıq olmalıdır.
Fransa prezidenti həmçinin vurğulayıb ki, bu siyasi ittifaqda iştirak Aİ-nin mümkün üzvlüyünə xələl gətirməyəcək və bu ittifaqdan çıxmaq da Aİ üzvlüyünə mane olmayacaq.
Makronun bu fikirləri Kiyevdə haqlı olaraq Ukraynanın Aİ-yə üzvlüyü qarşısında yeni əngəllər yaratmaq cəhdi kimi görünüb. Halbuki, Ukraynanın bu gün Rusiya ilə müharibəsinin əsas səbəbi Aİ-yə meyllənmək istəyindən doğub və “Şərq Tərəfdaşlığı” layihəsi ilə Kiyevi bu ideyaya sürükləyən də elə həmin ittifaq idi.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar