Xəbər lenti

 
ABŞ-ın müdafiə naziri Lloyd Ostin rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığı aparıb.
 
Ovqat.com-un bu barədə Pentaqonun sözçüsü Con Kirbi keçirdiyi mətbuat konfransında bildirilib.
 
Onun sözlərinə görə, söhbət zamanı ABŞ Müdafiə naziri həmkarını Ukraynada dərhal atəşkəsə çağırıb və rabitə xətlərinin saxlanmasının vacibliyini vurğulayıb.
 
Con Kirbi həmçinin vurğulayıb ki, bu, Ostinin fevralın 18-dən bəri Şoyqu ilə ilk telefon danışığıdır.


Ana səhifəyə qayıt        Baxış: 5 874          Tarix: 13-05-2022, 19:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma