ABŞ Prezidenti Donald Tramp Tvitter sosial şəbəkəsində bir qrup istifadəçini əngəlləyib. Əngəllənən şəxslər isə ölkənin konsitutsiya qanunlarına zidd olan bu hərəkət görə prezidenti məhkəməyə verib.
Publika.az xəbər verir ki, vətəndaşlar ictimai sferada söz azadlığını qoruyan konsitutsiya maddəsini əsas gətirərək prezidenti və köməkçilərini şikayət ediblər.
7 nəfərdən ibarət şikayətçi qrup və Kolumbiya Universitetinin tərkibində fəaliyyət göstərən Birinci Konsitutsiya Dəyişikliyi İnsitutunun açdığı ortaq məhkəmə işində Donald Trampın sözçüsü Sean Spiser və Ağ Evin sosial media direktoru Dan Skavino da qanunu pozmaqda günahlandırılıb.
İddiaya səbəb olaraq Tvitter sosial şəbəkəsinin ABŞ konsitutsiyasına görə ictimai sfera olduğu və bu səbəbdən prezidentin hesabının rəsmi bilgilər üçün istifadə edildiyi, dolayısı ilə atdığı tvitlərin hərkəs tərəfindən görülməsi lazım olduğu bildirilib.
Şikayətçilərin tək istəyi isə prezidentin istifadəçilərə qoyduğu əngəlin qaldırılmasıdır.
Mövzu ilə bağlı nə Ağ Evdən, nə də Tvitter hesablarından rəsmi açıqlama verilib.
Paylaş: