Xəbər lenti

ABŞ Rusiyanın Ukraynaya müdaxiləsinə görə mühakimə olunmasının qarşısını ala bilər.

Axar.az xəbər verir ki, bu barədə “Telegraf” nəşri Qərb rəsmilərinə istinadən məlumat yayıb.

Nəşr xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putini müharibə cinayətlərinə görə mühakimə etmək üçün Nürnberq tipli tribunal hazırlayan ölkələrin “əsas qrupu”nun iclasında ABŞ nümayəndələri Rusiyanı “təcavüzkar” adlandırmaqdan imtina ediblər.

Bundan əlavə, Vaşinqton həm də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən və Rusiyadan ordusunu Ukrayna ərazisindən çıxarmağı tələb edən BMT bəyanatının həmmüəllifi olmaq istəmir:

"Tramp administrasiyası həmçinin münaqişənin üçüncü ildönümünü qeyd etmək üçün Rusiyanı Ukrayna ilə müharibədə "təcavüzkar" kimi qələmə verəcək G7 bəyanatını imzalamaqdan da imtina etdi. ABŞ prezidenti müharibənin başlamasında Ukraynanı günahlandırdı, Vladimir Zelenskini diktator adlandırdı və Rusiyanın sənayeləşmiş dövlətlərin ittifaqına yenidən dəvət edilməsində təkid etdi.

Beləliklə, Avropa rəsmiləri Trampın Putinə qarşı xeyirxah mövqeyinin Rusiya liderinin Ukraynadakı cinayət əməllərinə görə bağışlanmasına səbəb ola biləcəyindən narahatdırlar”.




Ana səhifəyə qayıt        Baxış: 3 039          Tarix: Bu gün, 09:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma