Xəbər lenti

Moldovanın sabiq prezidenti İqor Dodon Cinayət Məcəlləsinin dövlətə xəyanət də daxil olmaqla dörd maddəsi ilə açılmış cinayət işi çərçivəsində 72 saatlıq həbs olunub.

Bu barədə jurnalistlərə Baş Prokurorluğun mətbuat katibi Marianna Kerpek məlumat verib.

“İstintaq tədbirləri davam etdirilir. Dodona məxsus evdə və bəzi yerlərdə axtarışlar aparılıb. O, 72 saatlıq saxlanılıb”, - deyə Kerpek bildirib.

İstintaq hərəkətlərini şərh edən Kerpek İnformasiya və Təhlükəsizlik Xidmətinin əməkdaşlarının Korrupsiyaya Qarşı Mübarizə üzrə Prokurorluqla birlikdə Dodonun evində axtarış apardığını deyib.

“Başqa yerlərdə də axtarışlar aparılır. Ümumilikdə 12 obyektdə axtarışlar aparılır. Vasitəçilərə məxsus daşınmaz əmlak araşdırılır. Faktla bağlı araşdırma “Passiv korrupsiya”, “Cinayət təşkilatı olan siyasi partiya tərəfindən maliyyələşdirilmək”, “Qanunsuz varlanma” və “Dövlətə xəyanət” maddələri üzrə başlanmış cinayət işi çərçivəsində aparılır”, - deyə Kerpek qeyd edib.

***

Moldovanın sabiq Prezidenti İqor Dodon 72 saatlığına saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Moldova KİV məlumat yayıb.

***

Moldova Baş Prokurorluğu ölkənin keçmiş Prezidenti İqor Dodonun evində axtarış aparıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun nümayəndəsi Marianna Kerpek bildirib.

Onun sözlərinə görə, axtarışı Baş Prokurorluğun antikorrupsiya idarəsi ilə informasiya və təhlükəsizlik xidmətinin əməkdaşları həyata keçiriblər.

İ.Dodon iş adamı Vladimir Platxotnyukdan rüşvət almaqda ittiham olunur.

Məlumata görə, keçmiş deputat Yuri Renitse 2020-ci ildə o vaxt prezident olan İ.Dodonun Demokrat Partiyasının lideri, iş adamı Vladimir Plaxotnyuk və müavini Sergey Yaralovla görüşünün videoyazısını paylaşıb. Həmin videoda partiya sədrinin İ.Dodona zərf verdiyi görünür. Deputatın sözlərinə görə, zərfdə külli məbləğdə pul olub. Görüş 2019-cu ilin iyununda baş verib. Bundan bir neçə gün sonra İ.Dodon Moldovanı tərk edib.

Qeyd edək ki, V.Plaxotnyuk keçmiş deputat və Moldovanın ən varlı adamalarındandır. 2017-ci ilin noyabrında Moskvanın Basmannı rayon məhkəməsi qətllə bağlı onun barəsində qiyabi həbs qərarı çıxarıb. O, çirkli pulların yuyulmasında və qanunsuz varlanmaqda, habelə milyardlarla dolları bank sistemindən çıxarmaqda ittiham olunur. V.Plaxotnyukun 2019-cu ilin iyununda ölkəni tərk etdiyi bildirilib. Kişineu məhkəməsi onun qiyabi həbsi ilə bağlı bir neçə dəfə hökm çıxarıb.



Ana səhifəyə qayıt        Baxış: 3 219          Tarix: 24-05-2022, 18:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma