Xəbər lenti

 

Almaniyanın kansleri Angela Merkel ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaları tənqid edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, kanslerin mövqeyi haqqında Almaniya hökumətinin nümayəndəsi Şteffen Zaybert bildirib.

Onun sözlərinə görə, Merkel ABŞ-ın addımını “qəribə” adlandırıb və bildirib ki, Avropa iqtisadiyyatı Rusiyaya qarşı sanksiyalardan əziyyət çəkməməlidir.

Xatırladaq ki, ABŞ Senatı iyunun 14-də Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan qanun layihəsini bəyənib. İndi sənəd ABŞ Konqresinin Nümayəndələr Palatasında müzakirəyə çıxarılacaq. Sənəd daha sonra ABŞ prezidenti tərəfindən imzalanmalıdır.

Rusiyaya qarşı təklif edilmiş sanksiyalar Rusiya banklarının maliyyələşdirilməsinin maksimal müddətinin 14, neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin maliyyələşdirilməsinin maksimal müddətinin isə 30 günə qədər ixtisarını nəzərdə tutur.

Bundan başqa, düzəlişlərin tətbiqindən sonra 180 gün ərzində ABŞ Maliyyə Nazirliyinin başçısı sanksiyaların mümkün nəticələrini təsvir edən məruzəni Konqresə təqdim etməlidir.




Ana səhifəyə qayıt        Baxış: 926          Tarix: 16-06-2017, 17:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma