Xəbər lenti

"Bir az əvvəl Yevgeni Priqojin iddia edib ki, Rusiya ordusu "Vaqner"in düşərgələrinə raket zərbələri endirib, çoxlu ölən var. O, "indi növbə bizdədir", - deyib.

Musavat.com xəbər verir ki, bu barədə politoloq Şahin Cəfərli məlumat yayıb.

Bildirilir ki, bu açıqlamadan qısa müddət sonra Priqojin "Vaqner"in Komandirlər Şurasının qərarını elan edib:

"Ölkə hərbi rəhbərliyinin təmsil etdiyi şər dayandırılmalıdır. Biz hər kəsdən xahiş edirik ki, müqavimət göstərməsinlər. Müqavimət göstərən hər kəs dərhal məhv ediləcək - yolumuza çıxacaq istənilən blok-post, başımızın üstündə görəcəyimiz istənilən aviasiya da daxil olmaqla...

Hər kəsi sakitliyi qorumağa, təxribatlara uymamağa, evində oturmağa çağırırıq. Bizim hərəkət marşrutumuzdakı yollara çıxmamaq məsləhətdir. Başladığımız işi sona çatdırandan sonra vətəni qorumaq üçün cəbhəyə dönəcəyik. Silahlı qüvvələrdə ədalət bərpa olunacaq... "

İqor Strelkov (Girkin) hadisələri "Rusiyada hərbi çevriliş cəhdi başladı" deyə şərh edib.

Rusiya Müdafiə Nazirliyi isə Priqojin adından yayılan məlumatları və görüntüləri yalan və informasiya təxribatı adlandırıb".




Ana səhifəyə qayıt        Baxış: 4 340          Tarix: 23-06-2023, 23:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma