
Rusiya Prezident Vladimir Putinin amerikalı həmkarı Donald Trampla Alyaskada görüşü zamanı Ukrayna münaqişəsinin nizamlanması üzrə səsləndirdiyi təklif hərtərəfli sülh sazişi bağlanana qədər atəşkəsdən imtinanı ehtiva edir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi mənbələrə istinadla məlumat verir.
Agentlik Moskvanın digər şərtlərini də sadalayıb:
- Ukrayna öz qoşunlarını Dontesk və Luqansk vilayətlərindən çıxarır, bunun müqabilində Zaporojye və Xerson vilayətlərində cəbhə xətti dondurulur;
- Rusiya Sumı və Xarkov vilayətlərinin "nisbətən az" zəbt edilmiş ərazilərini tərk etməyə hazırdır;
- "Rusiyanın Krım üzərində "suverenliyi"nin ən azı formal olaraq tanınması" - ABŞ, bütövlükdə Qərb, yoxsa Ukrayna tərəfindən tanınmasının nəzərdə tutulub-tutulmadığı məlum deyil;
- Anti-Rusiya sanksiyalarının qismən ləğvi;
- Ukraynanın NATO-ya qoşulmasına qadağa qoyulması, onun Qərbdən təhlükəsizlik zəmanəti alması ehtimalı da istisna edilmir;
- Ukraynada rus dilinin rəsmi statusu və Rus Pravoslav Kilsəsi üçün fəaliyyət azadlığı.
Paylaş: