Xəbər lenti

Rusiya NATO ilə birbaşa hərbi toqquşma istəmir, amma kimsə istəsə, Moskva buna hazırdır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər Rusiya prezidenti Vladimir Putin tərəfindən

səslənib.

Onun sözlərinə gore, Rusiya “hər hansı bir ssenariyə hazırdır”. Kremlin sahibi bu tip münaqişələrin qarşısının alınması üçün ABŞ-ın təşəbbüsü ilə xüsusi mexanizm yaradıldığını xatırladıb.

“Ölkəmizdə müəyyən departamentlərin rəhbərləri bir-biri ilə birbaşa əlaqə saxlayır və istənilən böhranlı vəziyyətlə bağlı məsləhətləşmək imkanına malikdirlər”, - deyə Putin RİA Novosti-yə bildirib.

Bu mexanizm, onun fikrincə, tərəflərin birbaşa qarşıdurmaya getmək istəmədiyini göstərir.

“Ancaq bunu kimsə əksini arzulayırsa buyursunlar, biz hazırıq”, - deyə Rusiya prezidenti əlavə edib.




Ana səhifəyə qayıt        Baxış: 3 136          Tarix: 30-07-2023, 16:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma