Xəbər lenti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fövqəladə İslam Zirvə Toplantısında iştirak etmək üçün bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edəcək. 

Bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

Türkiyə Prezidentinin toplantı çərçivəsində ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.

Bildirilir ki, Zirvə Toplantısının əsas mövzusu Yaxın Şərqdəki son hadisələr, İsrail-Fələstin münaqişəsi olacaq.

Mənbə: Anadolu




Ana səhifəyə qayıt        Baxış: 2 908          Tarix: 11-11-2023, 10:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma