“İsrailin Qəzza zolağındakı hərbi əməliyyat HƏMAS-ın məhv edilməsi və anklavda saxlanılan girovların geri qaytarılması üçün lazım olan müddət ərzində davam edəcək”.
Bu açıqlama ilə İsrailin xarici işlər naziri Eli Kohen çıxış edib.
“Heç bir siyasi saat yoxdur. Biz öz tərəfimizdən iki məqsədə nail olana qədər - HƏMAS məhv edilənə və bütün oğurlanan şəxslər geri qaytarılanadək həftələrlə və aylarla (Qəzza zolağındakı əməliyyatı) davam etdirəcəyik”, - deyə Kohen bildirib.
Nazir qeyd edib ki, İsrail hərbçilərinin Qəzza zolağındakı “Əş-Şifa” tibb kompleksi ərazisindəki hərəkətlərinin məqsədi HƏMAS terror tunellərinin məhv edilməsi və girovların axtarışıdır.
“Biz kəşfiyyat məlumatı əldə etdikdən sonra xəstəxanaya daxil olduq, İsrail beynəlxalq hüquqa uyğun hərəkət edir. Bu gün SAXAL bu ərazidədir, ona nəzarət edir və bütün Qəzza zolağında fəaliyyətini davam etdirəcək”, - deyə Kohen izah edib.
O, həmçinin əlavə edib ki, İsrail qaçırılanların istənilən yolla geri qaytarılması üzərində işləyir və bu müharibənin iki əsas məqsədindən biridir.
Mənbə: TASS
Paylaş: