Xəbər lenti

Fələstinin HƏMAS hərəkatı ilə girovların azad edilməsi haqqında razılaşmaların icrası uğurla gedir, lakin bu, prosesin yalnız başlanğıcıdır.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.

“Bu səhər mən və komandam işə başladıq, bu razılaşmanın gerçəkləşməsinin ilk çətin günləri başladı. Bu, yalnız başlanğıcdır, lakin hələlik hər şey yaxşı gedir”, – Amerika lideri jurnalistlərə qısa nitqlə çıxış edərək deyib.

Bayden bu günlərdə ailəsi ilə birlikdə istirahət etdiyi Atlantik okeanında Massaçusets sahillərindəki Nantaket kurort adasında mətbuatla danışıb.




Ana səhifəyə qayıt        Baxış: 3 222          Tarix: 25-11-2023, 10:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma