Xəbər lenti

"Qərbin aldatmaq bacarıqlarına dair çoxlu nümunələr var. Heç istəmirəm ki, erməni xalqı bir daha guya onların dostu olan qərbli “dostları” tərəfindən aldadılsın”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlər üçün keçirilən brifinqdə News.ru agentliyinin müxbirinin Ermənistanın Qərblə hərbi-texniki sahədə əməkdaşlığına, Fransanın İrəvana “Bastion” zirehli texnikası tədarük etməsinə dair ünvanladığı suala cavab olaraq olaraq deyib.

Fikrini davam etdirən M.Zaxarova vurğulayıb ki, Fransanın Ermənistana verdiyi “Bastion”lar qeyri-likvid hərbi texnikadır.

Rusiyalı diplomat qeyd edib ki, Qərb ermənilərə qəlp, oyuncaq zirehli maşınlar soxuşdurur.

“Əgər Ermənistanda indiki hakimiyyətə bağlı olan KİV bu məlumatı təhrif etməsəydi, antijurnalistika fəaliyyəti ilə məşğul olmasaydı, öz ölkələrinin xalqına sitatlarla və birbaşa nitqlə tanış olmağa imkan versəydi, yəqin ki, Qərb ölkələri tərəfindən erməni xalqına saxta texnikaların sırındığı anlaşılardı. Nəyə görə saxta? Ona görə ki, müxtəlif ölkələrin istehsalı olan bu qarmaqarışıq hərbi texnika heç vaxt müdafiə qabiliyyətini artırmağa kömək etməyib. Bu ki aydındır”, - deyə M.Zaxarova bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 217          Tarix: 6-12-2023, 15:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma