Xəbər lenti

ABŞ administrasiyası respublikaçıların Ukraynaya yardımın davam etdirilməsi üçün şərt kimi irəli sürdüyü cənub sərhədi üzərində nəzarətin gücləndirilməsi tələblərini rədd edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Biz bilirik ki, Konqresdə Ukraynaya ikipartiyalı dəstək var, lakin ABŞ-ın cənub sərhədində bir sıra olduqca sərt sərhəd tədbirləri tələb etməklə Ukraynaya dəstəyi “girov saxlamaq” istəyən bir sıra respublikaçılar bizi aldatdı”, - o deyib.

C.Kirbinin sözlərinə görə, Kiyevə yardım çərşənbə axşamı təsdiq edilməli idi, lakin respublikaçıların mövqeyinə görə bu, baş tutmayıb. Bununla bağlı o, Ukrayna Prezidenti Volodimir Zelenskinin sözçüsünün “ABŞ-ın dəstəyi olmadan Ukraynanın bu müharibəni uduzması riski böyükdür” sözlərindən sitat gətirib.




Ana səhifəyə qayıt        Baxış: 2 848          Tarix: 6-12-2023, 21:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma