Xəbər lenti

Rusiya səfiri Andrey Kelin iki rusiyalıya qarşı sanksiyaların tətbiqindən sonra Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Britaniya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Rusiya səfiri Britaniya “Callisto” haker qrupu ilə əlaqəli olduğu iddia edilən iki rusiyalıya qarşı sanksiyaların tətbiqindən sonra nazirliyə çağırılıb.

Qeyd edək ki, Böyük Britaniya “Seaborgium”, “Star Blizzard” və “Cold River” kimi tanınan “Callisto” haker qrupu ilə əlaqəsi olduğu iddia edilən iki rusiyalıya sanksiya tətbiq edib.

Bu barədə Birləşmiş Krallığın saytında məlumat verilib.

Sanksiyalar siyahısına Aleksey Doqujiyev kimi tanınan Andrey Korines və Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı olduğu iddia edilən Ruslan Peretyatkonun adları daxil edilib.

Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi bu şəxslərin hərəkətlərinin Britaniya təşkilatlarının və bütövlükdə Britaniya hökumətinin sabit, uğurlu işinə və təhlükəsizliyinə xələl gətirdiyini bildirib.

Mənbə: TASS, Gazeta.ru




Ana səhifəyə qayıt        Baxış: 3 163          Tarix: 7-12-2023, 16:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma