Xəbər lenti

Ermənistanın hakim “Vətəndaş sazişi” partiyası sülh danışıqlarında Rusiyanın vasitəçiliyindən imtina etdiyini gizlətmir.

Musavat.com xəbər verir ki, parlamentin komissiyasının sədri Sarkis Xandanyanın son açıqlamalarından sonra yerli analitiklər bu qərara gəliblər.

Xandanyan danışıqların Moskvada keçirilməsi ilə bağlı bunları bildirib:

“Mən bildiyimə görə, Moskvada görüşün vaxtı ilə bağlı konkret təkliflər yoxdur. Amma danışıqlar məntiqinin davamlılığını təmin etmək çox vacibdir. Belə bir məntiq formalaşıb ki, xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda, dövlət başçıları səviyyəsində isə Brüsseldə görüşlər keçirilir. Biz sıfırdan başlamalı deyilik”.




Ana səhifəyə qayıt        Baxış: 2 882          Tarix: 8-12-2023, 16:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma