ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu Rusiyanın şərtləri ilə aparılan danışıqların Ukrayna və Qərbin tam məğlubiyyətinə bərabər olacağını açıqlayıb.
“Report” xəbər verir ki, qurum Rusiyanın Ukraynadakı müharibə ilə bağlı məqsədlərini dəyişmədiyini qeyd edib: “Rəsmi Moskva Kiyevlə vicdanlı, ciddi danışıqlar aparmaq niyyətində deyil”.
Bildirilib ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın müharibənin həlli üçün zəruri ilkin şərt kimi Ukraynanın qoşunlarını Rusiya ərazisindən çıxarması tələbi Moskvanın maksimalist məqsədlərini, həmçinin qeyri-qanuni ilhaq etdiyi dörd vilayətin bütünlüklə nəzarətdə saxlanmasını nəzərdə tutur: “Zaxarova Rusiyanın Ukraynadakı maksimalist məqsədlərinin dəyişmədiyini vurğulayıb. O söyləyib ki, müharibə yalnız Ukrayna ordusunun tam təslim olması şərti ilə mümkündür”.
Hesabatda həmçinin yazılıb ki, Rusiyanın Ukrayna ərazisinə indiki cəbhə xəttinə qədər nəzarət etdiyi şəraitdə Kiyevin təslim olmasına çağırışlar Ukraynanın və Qərbin milli təhlükəsizlik maraqları baxımından artıq qəbuledilməzdir.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V.Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.
Paylaş: