Xəbər lenti

Dekabrın 11-də İran tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.

Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Nazirlər dekabrın 7-də Moskvada iki ölkə prezidentləri arasında keçirilmiş geniş danışıqların nəticələrinin işlənib hazırlanması istiqamətində ikitərəfli əməkdaşlığın aktual məsələlərini ətraflı danışıblar. Hazırlığın yüksək mərhələsində olan yeni böyük dövlətlərarası sazişin təsdiqinin başa çatdırılması üzrə işlərin sürətləndirilməsi razılaşdırılıb.

Fələstin-İsrail münaqişəsi zonasında mövcud vəziyyətə xüsusi diqqət yetirilib. Davam edən eskalasiya və Qəzza zolağında humanitar vəziyyətin pisləşməsi ilə bağlı qarşılıqlı narahatlıq ifadə olunub. Dərhal atəşkəs əldə edilməsinin və zərər çəkmiş mülki əhaliyə təcili yardımın göstərilməsinin, habelə bu məqsədlər üçün BMT-nin səlahiyyətlərinin səfərbər edilməsinin vacibliyi vurğulanıb.




Ana səhifəyə qayıt        Baxış: 2 986          Tarix: 12-12-2023, 15:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma