Xəbər lenti

“İrəvanla Bakı arasında dəmir yolunun açılmasını nəzərdə tutan sənədlər yüksək hazırlıq səviyyəsindədir”.

Bu açıqlama ilə Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk çıxış edib.

O qeyd edib ki, kommunikasiyaların blokdan çıxarılması üzrə işlər aparılır və üçtərəfli işçi qrupu da məhz bu məqsədlə yaradılıb.

Aleksey Overçuk vurğulayıb ki, hazırda layihənin maliyyə komponenti hesablanır, lakin hələlik konkret rəqəmlər yoxdur.

“Rusiya burada daha çox vasitəçi rolunu oynayır və əgər tərəflər bu işi davam etdirməyə hazırdırlarsa, o zaman biz də təbii ki, iştiraka hazırıq”, - deyə Rusiya rəsmisi qeyd edib. 

A.Overçuk bildirib ki, əsas uğur tərəflərin (Azərbaycan və Ermənistan - red) artıq birbaşa, vasitəçilərin iştirakı olmadan işlər görməyə başlamasıdır.

Mənbə: Sputnik Ermənistan




Ana səhifəyə qayıt        Baxış: 3 164          Tarix: 15-12-2023, 15:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma