Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Paşinyanın MDB-nin sammitində iştirakı edib-etməyəcəyini açıqlayıb.
Sfera.az bildirir ki, o, jurnalistin bununla bağlı sualını cavablandırarkən ümidli olduğunu ifadə edib:
“Ümid edirik ki, Nikol Paşinyan prezident Vladimir Putinin dəvətindən istifadə edərək dekabrın 25-də Sankt-Peterburqda keçiriləcək MDB-nin qeyri-rəsmi sammitinə qatılacaq. Həmçinin, İrəvanla bütün anlaşılmazlıqlar konstruktiv şəkildə həll olunacaq. Biz həmin tədbirdə bütün məsələləri müzakirə etmək şansı qazanacağıq”.
Qeyd edək ki, Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin təbdirlə bağlı ənənəvi olaraq bütün MDB ölkələrinin rəhbərlərinə dəvət göndərdildiyini və müsbət cavab gözlədiklərini deyib.
Xatırladaq ki, sammit dekabrın 25-26-da Sankt-Peterburqda baş tutacaq.
Paylaş: