Xəbər lenti

Türkiyə ilə Azərbaycan arasında “İki dövlət, bir millət” şüarına əsaslanan bənzərsiz qardaşlıq və həmrəylik telləri bu günə qədər olduğu kimi, gələcəkdə də münasibətlərimiz baxımından güclü bünövrə təşkil etməyə davam edəcək.

"Report" xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevi təbrikində yer alıb.

"Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın əmin addımlarla əldə etdiyi nailiyyətlər və beynəlxalq miqyasda get-gedə artan nüfuzu bizim üçün iftixarverici hadisədir", - Ərdoğan qeyd edib.

Türkiyə lideri Azərbaycan xalqının xoş günləri və rifahı üçün ən səmimi arzularını ifadə edib.




Ana səhifəyə qayıt        Baxış: 3 764          Tarix: 24-12-2023, 17:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma