Xəbər lenti

Polşa Prezidenti Andjey Duda ordu komandanlığı ilə birgə təcili iclas keçirib.

Bu barədə Avropanın aparıcı KİV-i xəbər verib.

Təcili iclasın keçirilməsinə səbəb kimi ölkənin hava məkanının Ukrayna tərəfindən pozulması göstərilib.

Qeyd olunur ki, Ukrayna tərəfdən gələn naməlum obyekt hava məkanına daxil olandan ölkə ərazisini tərk edənə qədər, siqnal itənədək radarla izlənilib. Hələlik Ukrayna tərəfi məsələni şərh etməyib.

Mənbə: News.ru




Ana səhifəyə qayıt        Baxış: 2 302          Tarix: 29-12-2023, 16:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma