Xəbər lenti

Rusiyanın dünən Ukrayna şəhərlərinə etdiyi hücumdan sonra bu gün Ukrayna işğalçı ölkənin Belqorod şəhərindəki hərbi obyektlərinə zərbələr endirib.

Musavat.com-un xəbərinə görə, Rusiya tərəfi zərbə nəticəsində yaşayış evlərinə zərər dəydiyini, 14 nəfərin həlak olduğunu, 110-a yaxın şəxsin isə yaralandığını açıqlayıb.

Rusiyanın Ukrayna şəhərlərinə dünənki zərbələri nəticəsində isə ölənlərin sayı 75 nəfəri keçib, yüzlərlə yaralı var.

Rusiya Müdafiə Nazirliyi Belqoroda zərbənin kasetli versiyada olan iki “Olxa” raketi, həmçinin Çexiya istehsallı hava hücumundan müdafiə sistemi olan “Vampir”in mərmiləri ilə həyata keçirildiyini açıqlayıb. Nazirlik iddia edir ki, atılan raketlərin əksəriyyətinin qarşısı alınıb, əks halda nəticələri daha ağır olacaqdı.

Ukrayna Müdafiə Nazirliyi Belqorodda yalnız hərbi obyektləri vurduqlarını, şəhərdəki dağıntılara Rusiya hava hücumundan müdafiə sistemlərinin yarıtmaz fəaliyyətinin səbəb olduğunu açıqlayıb.

Rusiya Belqoroda hücumla bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini tələb edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Belqorodun atəşə tutulması terror aktıdır və onun arxasında Böyük Britaniya dayanır.

Hazırda Rusiya Ukraynanın Odessa və Xarkov şəhərlərinə zərbələr endirir.




Ana səhifəyə qayıt        Baxış: 3 056          Tarix: 30-12-2023, 20:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma