Xəbər lenti

Türkiyədə prezident seçkilərinin 2-ci turunda CHP-nin sabiq sədri Kamal Kılıçdaroğlu ilə Zəfər Partiyasının rəhbəri Ümid Özdağ arasında əldə olunan anlaşma məni çox məyus etdi.

Axar.az xəbər verir ki, bunu Gələcək Partiyasının sədri Əhməd Davudoğlu deyib.

Ə.Davudoğlu bildirib ki, biz “Altılı masa”da Türkiyənin gələcəyi ilə bağlı sənədlər hazırlamışdıq:

“O sənədlərlə ölkəni idarə etməyi planlaşdırırdıq. Lakin Ümid bəyin siyasi yanaşması ilə “Altılı masa”nın yaratdığı sənədlər arasında ortaq bir əlaqə görmədim. Çünki Ü.Özdağ həmin sənədlərin ruhuna zidd yanaşmaları ilə tanınırdı. Kılıçdaroğlunun bu addımı əlbəttə ki, məni məyus etdi. Çünki biz necə birlikdə hərəkət edə bilərik? Mən ksenofobiyanın əleyhinəyəm, Türkiyədə etnik və məzhəb çatışmazlıqlarının provokasiyasına qarşıyam. Daha əvvəl mən buna etiraz edəndə Kılıçdaroğlu belə bir anlaşmanın olmadığını demişdi”.




Ana səhifəyə qayıt        Baxış: 3 142          Tarix: 5-01-2024, 17:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma