Xəbər lenti

Husilər ABŞ-a məxsus "Gibraltar Eagle" konteyner gəmisini gəmi əleyhinə ballistik raketlə vurub.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı "X" platformasında məlumat yayıb.

Paylaşımda qeyd edilib ki, Marşal adaları bayrağı ilə üzən gəmiyə hücum Səna vaxtı ilə saat 16:00-da olub. Gəmiyə ciddi ziyan dəymədiyi və reysinə davam etdiyi əlavə olunub.

Qeyd edək ki, daha əvvəl husilərin ümumilikdə üç raket atdığı, digər iki raketin dənizə çatmadığı qeyd olunub.




Ana səhifəyə qayıt        Baxış: 2 404          Tarix: 15-01-2024, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma