"Husilər Qırmızı dənizdə İsraildən başqa digər ölkələrdən gəmilərin təhlükəsiz keçməsini təmin etməyə hazırdır".
Musavat.com xəbər verir ki, bunu Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının (husilər) siyasi bürosunun üzvü Məhəmməd əl-Buxeyti Rusiyanın "İzvestiya" qəzetinə müsahibəsində deyib.
Xüsusilə, o, Rusiya və Çin gəmiləri üçün təhlükəsizlik zəmanətinin olduğunu vurğulayıb.
Məhəmməd əl-Buxeyti bildirib ki, “Ənsar Allah” Qırmızı dənizdə İsrail və Qərb gəmilərinə hücumları yalnız Qəzza zolağında müharibə bitdikdən sonra dayandıracaq:
“Hərbi nöqteyi-nəzərdən İsrail gəmilərinin və ya İsraillə əlaqəli gəmilərin Qırmızı dənizdən keçmək üçün zərrə qədər imkanı olmayacaq. Digər ölkələrə, o cümlədən Rusiya və Çinə gəldikdə, onların regionda daşınma ilə bağlı təhlükəsi yoxdur. Üstəlik, biz onların gəmilərinin Qırmızı dənizdə təhlükəsiz keçməsini təmin etməyə hazırıq".
Paylaş: