Xəbər lenti

ABŞ dövlət katibi Antoni Blinken Yunanıstana Vaşinqtonun Afinaya 200 milyon dollara qədər əlavə yardım göstərmək imkanını araşdırması müqabilində Ukraynaya silah ötürməyi və ya satmağı təklif edib.

“Biz Yunanıstanın Ukraynaya ötürə və ya sata biləcəyi müdafiə imkanlarında maraqlı olmağa davam edirik. Əgər bu imkanlar Ukraynanı maraqlandırarsa və onların statusu və təxmini dəyəri ilə bağlı ABŞ hökumətinin qiymətləndirməsi gözlənilirsə, biz Yunanıstan üçün 200 milyon dollara qədər məbləğdə potensial olaraq əlavə xarici müdafiə maliyyəsi təmin etmək imkanlarını araşdıra bilərik”, - deyə Blinkenin Yunanıstanın baş naziri Kiriakos Mitsotakisə yazdığı məktubun mətni hökumət başçısının mətbuat xidməti tərəfindən yayılıb.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 3 009          Tarix: 27-01-2024, 23:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma