Macarıstanın xarici işlər naziri Peter Siyarto hesab edir ki, NATO hərbi baxımdan Rusiyadan qat-qat güclüdür və buna görə də təşkilat üzvləri onun hücumundan qorxmamalıdırlar.
“Report” TASS-a istinadən xəbər verir ki, diplomat bunu ABŞ-nin Harvard Universitetinin Siyasi Elmlər İnstitutunda çıxışı zamanı deyib.
Qeyd edək ki, bəzi Qərb siyasətçilərinin NATO ölkələrinin Rusiya tərəfindən hücuma məruz qala biləcəyi ilə bağlı bəyanatlarına münasibət bildirən P.Siyarto hadisələrin bu cür inkişafına inanmadığını bildirib: “Düşünmürəm ki, Rusiya NATO üzvü olan bir ölkəyə hücum etmək riskini alsın. NATO hərbi cəhətdən Rusiyadan qat-qat güclüdür, ona görə də praqmatizm və məntiq hələ də mövcuddursa, mən bu təhlükəni görmürəm, çünki bu, tamamilə məntiqsiz olardı”.
Paylaş: