Hindistanda etiraz aksiyası keçirən fermerlər Haryana və Pəncab ştatlarının sərhədində estakadanı zəbt edib orada quraşdırılmış səs izolyasiya baryerlərini dağıdıblar.
Bununla bağlı yayılan görüntülərdə nümayişçilərin bir neçə səs izolyasiya baryerini çıxarıb körpüdən atdıqlarıöz əksini tapıb. Polis etirazçıları sakitləşdirmək üçün su şırnaqlarından istifadə edib.
Daha əvvəl isə Haryana və Pəncab sərhədində yerləşən Şambxu kəndi yaxınlığında fermerlərin etiraz aksiyasının bir neçə iştirakçısı saxlanılıb. Bu, etirazçıların yürüş marşrutu boyunca quraşdırılmış barrikadaları, o cümlədən beton barrikadaları yıxmasından sonra baş verib. Etirazçılar həmçinin fermalardan birinin hasarını sındırıb və əraziyə daxil olublar.
Məhsullar üzrə onlara minimum qiymət zəmanətinin verilməsinə imkan verən qanunun qəbul edilməsi ilə yanaşı etirazçılar həmçinin fermerlərə pensiyaların verilməsini, fermer təsərrüfatlarının borcdan azad edilməsini tələb edirlər.
Mənbə: ANI
Paylaş: