Xəbər lenti

Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev hazırda Bakıdadır.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Qeyd edilib ki, onun azərbaycanlı tərəfdaşlarla görüşlər keçirməsi, bu görüşlərdə sülh sazişi mövzusu da daxil olmaqla, müxtəlif məsələlərin müzakirəsi planlaşdırılır.

Zaxarova bildirib ki, İ.Xovayevin səfərinin nizamlanma üçün faydalı olacağına ümid edir: “Güman edirik ki, o, regiona səfərini davam etdirəcək, yaxın vaxtlarda İrəvana səfər edə biləcək və dostluq şəraitində, tərəfdaşlıq şəraitində bütün detalları müzakirə edəcək ki, bu təmaslar nizamlanmaya fayda versin”.




Ana səhifəyə qayıt        Baxış: 2 932          Tarix: 14-02-2024, 19:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma