Xəbər lenti

Fransa, Yunanıstan və Kipr AB-nin Ukrayna üçün Türkiyənin “Bayraqdar” PUA-larını almasına qarşı çıxıb.

Axar.az xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.

Məlumata görə, sözügedən ölkələr AB-nin Siyasət və Təhlükəsizlik üzrə Komitəsinin iclasında Ukraynanın ehtiyacları üçün Türkiyədən “Bayraqdar” PUA-ları və artilleriya mərmilərinin satın alınması ilə bağlı qərara veto qoyub.

“Fransa silah bazarında rəqabətdə maraqlı olmadığı, Yunanıstan isə Avropa əhalisinin ödədiyi vergi pullarının Türkiyənin müdafiə sənayesinə getməsini istəmədiyi üçün bu addımı atıb”, - məlumatda qeyd olunub.




Ana səhifəyə qayıt        Baxış: 3 264          Tarix: 18-02-2024, 15:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma