Xəbər lenti

ABŞ prezidentliyinə namizəd və keçmiş dövlət başçısı Donald Tramp yenidən prezident olarsa, Britaniya şahzadəsi Harrinin Amerikadan qovulacağı ilə bağlı xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, o, fikirlərini GB News-a müsahibəsində açıqlayıb.

Tramp deyib ki, ABŞ-ın növbəti prezidenti seçilərsə Şahzadə Harrini Amerikada qeyri-müəyyən gələcək gözləyir.

Trampın sözlərinə görə, ştatlardan deportasiya təhlükəsi ilə üzləşən Susseks hersoqu heç bir üstünlük almamalıdır.

Səlahiyyətlilər Harrinin viza ərizəsində yalan danışdığını aşkar edərsə, onun “xüsusi imtiyazlara” malik olub-olmayacağı ilə bağlı suala Tramp belə cavab verib: “Xeyr. Baxacağıq ki, onların narkotiklərlə bağlı nəsə məlumatı olubmu? O, yalan danışıbsa, müvafiq tədbir görəcəklər”.

Qeyd edək ki, keçən il Heritage Foundation məhkəməyə müraciət edərək, şahzadə Harrinin narkotikdən istifadə etdiyini etiraf etdiyi üçün ABŞ-da qalmasının qanuni olub-olmaması ilə bağlı məlumat tələb etmişdi.




Ana səhifəyə qayıt        Baxış: 3 202          Tarix: 19-03-2024, 19:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma