Xəbər lenti

ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindən əvvəl Bakıda keçiriləcək COP29 toplantısına gələrsə, Rusiya onunla iqlim gündəmini müzakirə etməyə hazırdır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin köməkçisi və iqlim məsələləri üzrə xüsusi nümayəndə Ruslan Edelgeriyev deyib.

“Yaxın günlərdə ilk beynəlxalq tədbir Bakıda olacaq. Hər kəs ora gələ bilər - prezident də, adi vətəndaş da. Biz məsləhətləşdik ki, qoy COP29, Azərbaycan olsun, dəvət göndərilsin. Cənab Tramp necə ki demişdi “əgər onu seçsələr, inauqurasiyaya kimi…”, - onda Bakıya gəlsin, danışaq. İqlim haqda, ekoloji layihə barədə… - çoxlu məsələlər var”, - Edelgeriyev bildirib.




Ana səhifəyə qayıt        Baxış: 2 871          Tarix: 6-11-2024, 18:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma