Xəbər lenti

Türkiyə ilə Rusiya arasında əlaqələr son günlər bir qədər azalıb. Suriyada mümkün yeni ittifaqlar gələcəkdə yol xəritəsini müəyyən edəcək.

Axar.az xəbər verir ki, bunu türkiyəli siyasi ekspert İqbal Dürrə Suriyadakı vəziyyəti şərh edərkən deyib.

O qeyd edib ki, hazırda Suriyada vəziyyət çox sürüşkəndir:

"Rusiya Suriyada ABŞ-ın nəzarətini aradan qaldırmaq istəyir. Türkiyənin isə Suriya siyasətində Qərblə yaxınlaşması Rusiya ilə münasibətləri pisləşdirər. Gəlin, sikkənin digər tərəfinə baxaq. Türkiyə həqiqətənmi ABŞ-ın Suriyadan çıxmasını istəyir? ABŞ-ın Suriyadan tam çıxması bu ölkənin Rusiyanın nəzarətinə keçməsi deməkdir".

Ekspert bildirib ki, Dəməşq rejimi terror dəhlizini həll edəcək siyasi iradə və həll yoluna sahib deyil:

"ABŞ, İsrail, İngiltərə ittifaqı PKK/YPG üzərindən buna icazə vermir. Rusiya Bəşər Əsədlə kürdlərin arasını düzəltmək üçün nə qədər çalışsa da, Əsəd bu məsələdən yayınır. Lakin mövcud vəziyyətdə Türkiyə və Suriya yaxınlaşıb, problemləri ortaq şəkildə həll edə bilərlər".




Ana səhifəyə qayıt        Baxış: 3 625          Tarix: Bu gün, 09:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma