ABŞ prezident seçkilərinin qalibi Donald Tramp bir sıra Avropa liderləri ilə Ukraynanı müzakirə edib, onlara Vladimir Zelenskinin Qələbə planı və Rusiya Prezidenti Vladimir Putin haqqında suallar verib.
Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, noyabrın 5-də ABŞ-da keçirilən seçkilərdən sonra Avropa liderləri Trampla əlaqə saxlayır. Onlarla söhbət zamanı Tramp heç bir tələb irəli sürməyib, Ukrayna ilə bağlı suallar verib:
“Zelenskinin Qələbə planı haqqında nə düşünürsünüz? Putin haqqında nə düşünürsünüz?”, - Tramp noyabrın 10-da Almaniya kansleri Olaf Şoltsla apardığı telefon danışığında soruşub”.
Qəzet qeyd edib ki, analoji danışıqlar Fransa, Polşa, Danimarka, Çexiya və digər ölkə liderləri ilə də aparılıb.
Paylaş: