Xəbər lenti

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) son təlimlərdə nümayiş etdirdiyi hava hücumundan müdafiə (HHM) sistemləri noyabrda İsrailin hücumu zamanı istifadə olunan sistemlərlə müqayisədə daha aşağı keyfiyyətli olub.

"Azad İran" "Telegram" kanalı bu barədə "Washington Post" qəzetinə istinadla xəbər verib.

Qeyd edilir ki, təlimlərdə göstərilən silahlar, əsasən, İranın İsrailə qarşı iki birbaşa hücumunda istifadə etdiyi silahlarla eyni olub, lakin onların əksəriyyəti uğursuz olub. Ekspertlər hesab edirlər ki, İslam Respublikasının hərbi gücünü nümayiş etdirmək məqsədi daşıyan təlimlər, əslində, onun zəif tərəflərini və zəifliklərini üzə çıxarıb.

Xatırladaq ki, SEPAH bir müddət əvvəl "Peyğəmbər 19" adlı təlimlər keçirib. Təlimlər dörd gün davam edib.




Ana səhifəyə qayıt        Baxış: 35          Tarix: Bu gün, 11:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma