Xəbər lenti

Rusiya-Azərbaycan münasibətlərini pisləşdirməkdən ötrü Azərbaycanın AZAL aviaşirkətinin təyyarə faciəsindən istifadə etmək cəhdləri uğursuzluğa məhkumdur.

Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

"Biz yaxşı başa düşürük ki, həm Azərbaycan vətəndaşlarının, həm də ölkəmizin vətəndaşlarının həyatına son qoymuş aviaqəza ilə bağlı faciə həm orada, həm də bizdə kəskin surətdə hiss edilir" , - deyə diplomat vurğulayıb.

M.Zaxarova əlavə edib: "Biz başa düşürük ki, bütün bunlar boş yerə baş vermir, çoxları bundan hansısa uğur əldə etmək istəyirlər. Bu isə uğurlu olmayacaq, çünki birgə tarixləri və regional məsuliyyət zonası olan ölkələrin, xalqların arasını vurmaq üçün bütün cəhdlər, bu cür inkişaf perspektivləri uğursuzluğa məhkumdur".




Ana səhifəyə qayıt        Baxış: 3 086          Tarix: 14-02-2025, 17:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma