Xəbər lenti

Egey dənizində son həftələrdə intensivləşən seysmik aktivlik səbəbindən Santorini adasından sonra Yunanıstanın Niyoz adasında da fövqəladə vəziyyət elan edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Yunanıstanın ERT Dövlət Televiziyası məlumat verib.

Məlumata görə, Yunanıstan Mülki Müdafiə üzrə baş katibi Vasilis Papayeorgiunun qərarı ilə Niyoz adası da fövqəladə vəziyyət elan edilən bölgələr sırasına daxil edilib. Adada fövqəladə vəziyyət martın 14-dək davam edəcək.

Xatırladaq ki, Yamurgi və Anafiya adalarında bu həftə, Santorini adasında isə ötən həftə fövqəladə vəziyyət elan edilmişdi. Seysmik aktivlik təhlükəsinə görə Santorini, Yamurgi, Niyoz və Anafiya adalarında təhsil fevralın 17-dək ertələnib.




Ana səhifəyə qayıt        Baxış: 2 627          Tarix: 15-02-2025, 15:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma