Xəbər lenti

Kanada yaxın zamanda Ukraynaya Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən mənfəət hesabına beş milyard Kanada dolları (3.52 milyard ABŞ dolları) verəcək.

Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo Kiyevə səfəri zamanı deyib.

"Kanada Ukraynaya Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına maliyyələşdirilən beş milyard Kanada dolları məbləğində yardımın birinci hissəsini verəcək. Həmçinin enerji təhlükəsizliyinə dəstək üçün qrant təqdim edəcəyik", - deyə o əlavə edib.

Onun sözlərinə görə, Kanada Ukrayna üçün hərbi texnika da tədarük edəcək. Baş nazir hərbi texnika arasında zirehli maşınların, "F-16" qırıcıları üçün avadanlıqların, döyüş sursatlarının olduğunu diqqətə çatdırıb.




Ana səhifəyə qayıt        Baxış: 2 275          Tarix: Bu gün, 18:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma