Xəbər lenti

Hindistan may ayında Pakistan ilə baş vermiş dörd günlük toqquşmalarda bəzi döyüş təyyarələrinin vurulduğunu ilk dəfə təsdiqləyib.

Oxu.Az xəbər verir ki, Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Anil Çauhan "Bloomberg TV"yə müsahibəsində ölkəsinin bəzi qırıcılarını itirdiyini qəbul edib.

O, rəqəmdən daha çox yol verilmiş taktiki səhvlərin təhlil edilməsinin gərəkliliyini vurğulayıb: "Burada önəmli olan neçə təyyarənin vurulması deyil, niyə vurulmasıdır".

Qərargah rəisi Pakistanın Hindistana məxsus altı döyüş təyyarəsini vurduğunun "doğru olmadığını" bildirib. Bununla belə Çauhan Hindistanın neçə təyyarə itirdiyi sualına cavab verməyib.




Ana səhifəyə qayıt        Baxış: 2 860          Tarix: 31-05-2025, 14:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma