Xəbər lenti

NATO Avropa ölkələrindən Rusiya təhlükəsinə cavab olaraq yerüstü hava hücumundan müdafiə (HHM) qüvvələrini beş dəfə artırmağı tələb edir.

Oxu.Az "Bloomberg"ə istinadla xəbər verir ki, bu məsələ 5 iyun tarixində Brüsseldə keçiriləcək NATO müdafiə nazirlərinin görüşündə müzakirə ediləcək.

Məlumata görə, HHM imkanlarının beşqat artırılması Avropa ölkələri üçün ümumi hədəf kimi müəyyən edilsə də, hər bir ölkə üçün konkret göstəricilər fərqli olacaq. Bu tədbirlərin həyata keçirilməsi üçün nəzərdə tutulan son tarixlər hələ açıqlanmayıb.

Bildirilib ki, ittifaq ölkələrinin ən müasir pilotsuz uçuş aparatları (PUA), raketlər və qırıcı təyyarələr də daxil olmaqla yerüstü HHM qüvvələrini gücləndirməsi böyük əhəmiyyət daşıyır. Qeyd edilib ki, son 30 ildə NATO-nun diqqət mərkəzinin Soyuq müharibə dövrünün təsir dairəsindən Yaxın Şərq və Şimali Afrikaya yönəlməsi bu sistemlərin sayında azalmaya səbəb olub.

Hazırda Haaqada keçiriləcək NATO sammiti ərəfəsində Şimali Atlantika İttifaqının üzv ölkələri müdafiə xərclərinin ÜDM-in 5 faizinə qədər artırılması variantını müzakirə edirlər.




Ana səhifəyə qayıt        Baxış: 2 861          Tarix: 3-06-2025, 23:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma