Xəbər lenti

"Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) keçirdiyi "Pautina" əməliyyatı zamanı 41 Rusiya təyyarəsi vurulub. Onların yarısı artıq heç vaxt bərpa edilə bilməyəcək".

Oxu.Az-ın "RBK-Ukraina"ya istinadla verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə bəyan edib.

O bildirib ki, Ukrayna bütün imkanlarını istifadə edərək Rusiyanın aviasiyasını və hərbi potensialını azaltmağa çalışır.

"Onların yarısı bərpa edilə bilməz, qalanının isə bərpasına illər lazım ola bilər, bəlkə də ümumiyyətlə düzəlməz. Bu, həqiqətən ədalətli hərbi hədəfdir", - deyə Zelenski qeyd edib.

Prezident, həmçinin vurğulayıb ki, əməliyyatı həyata keçirən UTX hərbçilərini bu gün qapalı fərmanla mükafatlandırıb.

Qeyd edək ki, iyunun 1-də UTX Rusiyanın strateji bombardmançılarının məhv edilməsinə yönəlmiş əməliyyat həyata keçirib. Rusiyanın fərqli yerlərində yerləşən aerodromlara dron hücumları təşkil olunub. Bu pilotsuz aparatları Rusiyanın özündən, yük maşınları ilə daşınan mobil taxta evlərdən buraxıblar. UTX məlumat verir ki, əməliyyat zamanı Rusiyanın strateji aviasiyasının təxminən üçdə biri məhv edilib.




Ana səhifəyə qayıt        Baxış: 3 185          Tarix: 4-06-2025, 22:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma