Xəbər lenti

"ABŞ qeyri-hərbi təyinatlı nüvə obyektlərinin tikintisi üçün İrana 30 milyard dollar ayırmağı planlaşdırmır".

Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.

Onun sözlərinə görə, "saxta xəbərlər" mətbuatında Prezident Trampın bu məqsədlər üçün 30 milyard dollar vermək istədiyini iddia edən əclafdır.

Tramp hesab edir ki, alçaltmaq məqsədilə bu cür saxta xəbərlər yayılır. Ağ Ev rəhbəri belə xəbərləri yayanları xəstə adlandırıb.

Xatırladaq ki, daha əvvəl CNN telekanalı ABŞ Administrasiyasının İranla danışıqlara qayıtmaq cəhdləri çərçivəsində onun dinc nüvə proqramının inkişafı üçün 30 milyard dollara qədər vəsaitin verilməsini müzakirə etdiyi barədə xəbər yaymışdı.




Ana səhifəyə qayıt        Baxış: 3 892          Tarix: 28-06-2025, 14:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma