Xəbər lenti

Avropa İttifaqı üçün fövqəladə təhlükə yaranarsa, London və Paris birlikdə nüvə silahından istifadə edəcəklər.

Oxu.Az "Reuters" agentliyinə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makronun imzaladıqları bəyannamədə qeyd olunur.

Baş nazir K.Starmer mətbuat konfransında bildirib ki, hər iki ölkənin nüvə təhdinin qarşısını alma vasitələri müstəqil olsa da, onlar öz aralarında bir-biri ilə əlaqələndirilə bilərlər.

"Bu gün nüvə təhdinin qarşısını alma qüvvələrimizi koordinasiya etdiyimizi ilk dəfə təsdiq edən bəyannamə imzaladıq", - deyə o vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 091          Tarix: 10-07-2025, 23:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma